Yanğında ölənlərin sayı 16-ə çatıb

Yanğında ölənlərin sayı 16-ə çatıb
  14 Mart 2015    Oxunub:1375
Rusiyanın Kazan şəhərində “Admiral” ticarət mərkəzində ölənlərin sayı 16-ya yüksəlib.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Hadisə yerində xilasetmə işləri davam edir. Son məlumatlara görə, ticarət mərkəzinin dağıntıları altında hələ də 19 nəfərin cəsədi ola bilər.

Yanğın nəticəsində ölən və zərərçəkənlər arasında bir neçə ölkənin vətəndaşları var. Ruslarla yanaşı, ölənlərin siyahında Tacikistan və Azərbaycandan olan şəxslər var. Xəsarət alan 55 nəfərdən ikisi Vyetnam, eyni sayda Azərbaycan və Qırğızıstan, bir nəfər Tacikistan vətəndaşı da var.

Qeyd edək ki, Rusiyada on nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə ticarət mərkəzinin azərbaycanlı sahibi saxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti