Putinin reytinqi 15 illik maksimuma çatdı
“Ölkə başçısının fəaliyyətini rusların 88 faizi lehinə, 7 faizi isə əleyhinədir”, - deyə Federov bildirib.
Mərkəzin direktorunun sözlərinə görə, hazırkı nəticə son 15 ildə qeydə alınan ən yüksək göstəricidir. Direktor bildirib ki, Putinlə bağlı sorğu hər il mart ayında – onun ilk dəfə prezident seçildiyi vaxt keçirilir.
Qeyd edək ki, ötən ilin Putinin fəaliyyətini respondentlərin 85,9 faizi dəstəkləyib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: