Çeçen yazıçı “Avatar”a görə rejissordan 1 milyard istəyir

Çeçen yazıçı “Avatar”a görə rejissordan 1 milyard istəyir
  12 Mart 2015    Oxunub:3470
Çeçen yazıçı Ruslan Zakirev “Avatar” filminin rejissoru Ceyms Kemeronu plagiatda ittiham edib.
AzVision.az-ın “BBC”yə istinadən xəbər verir ki, çeçen yazıçı Hollivud rejissorunu məhkəməyə verməyə hazırlaşır.

Zakirev dünya kino tarixində ən çox vəsait toplayan (2,7 milyard dollar) filmdən bir milyard məbləğində təzminat almağı planlaşdırır.

“Kemeron qazandığı üç milyardın bir milyardını bizə verməlidir. Mən kinostudiya qurub, filmlər çəkmək istəyirəm. Mənim çoxlu əsərlərim var amma kinostudiyam yoxdur”, - deyə Çeçen yazıçı bildirib.

Zakirev vurğulayır ki, Kemeron “Avatar”ın filminin ssenarisinin əsasını onun “Gizli silah” əsəri təşkil edir. Kitab 2002-ci ildə “Proza.ru” saytında dərc olunub, 2009-cu ildə isə “Avatar” filmi kinoteatrlarda ekrana çıxıb.

Zakirev Kemerona bir neçə məktubda göndərib. Kemeronun cavablarını öyrənən çeçen yazıçının vəkili Dmitri Kazaçker vurğulayıb ki, ümumilikdə məhkəmə prosesi bir neçə il çəkə bilər: “Kemeron ABŞ-da təxminən 10 nəfər, hətta ondan çox müəllif “Avatar”ın müəyyən hissələrinin oğurlandığını və Zakirevin növbəyə durmalı olacağını bildirib”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti