`Baku Electronics` qiymət artımına görə cəzalandırıldı
![`Baku Electronics` qiymət artımına görə cəzalandırıldı `Baku Electronics` qiymət artımına görə cəzalandırıldı](https://azvision.az/photos/Baku_Electronics _171212_01.jpg)
Məlumatda bildirilir ki, MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə xidmətə çox saylı vətəndaş müraciətləri daxil olub. Dövlət Xidmətindən tərəfindən aparılmış araşdırmalar zamanı "Baku Electronics" MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.
Bununla əlaqədar "Baku Electronics" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.