Dünyanı gic edən paltarın `sirri` - Mediavirus texnologiyası

Dünyanı gic edən paltarın `sirri` - Mediavirus texnologiyası
  01 Mart 2015    Oxunub:56066
İki gündür mənasız bir mövzu bütün dünyanı məşğul edir: bu paltar nə rəngdədir? Suala bax da! Bu, nə anormallıqdır? Necə yəni, paltar nə rəngdədir? Nə rəngdə görürsünüzsə, elə o rəngdə!

Guya kimsə onu qara-göy, kimsə qızılı-ağ görür. Bu, böyük bir axmaqlıqdır. Yuxarıdakı şəkli milyon adama göstərin, hamısı sağdakı paltarı qara-göy, soldakını isə ağ-qızılı görəcək.

Aranı qatan Ketlin MakNilin özünün də etiraf etdiyi kimi, paltar qara-göy rəngdə olub. Ağ-qızılı don isə onun başqa cür rənglənmiş versiyasıdır.

Amma əsas bu deyil. Əsas odur ki, bu cür bəsit bir axmaqlıq necə bütün dünyanı ağzına ala bildi? Sosial şəbəkələrdə qlobal trendə çevirildi, BBC, CNN kimi nəhəng media quruluşları ondan yazdılar, tanınmış ulduzlar münasibət bildirdi?! Bütün dünya dəlimi oldu?

Bəli. Və işin ən pis tərəfi də budur: bu lənətəgəlmiş paltar göstərdi ki, sosial şəbəkə erasında dünyanı dəli etmək necə də asan imiş...
Hətta ailmlər də `elmi` izah verməyə çalışdılar... A kişi, ağ – ağdır, göy-göydür, qara da qaradır da, burda nə əlavə sual ola bilər ki?

Bütün məsələ bundadır ki, bu, həmin paltar və onu buraxan brendin gizli reklamı üçün düşünülmüş mediavirusdur. Son iki gündə internet-mağazalarda o paltardan yüz minlərlə satılıb, adını çəkmək istəmədiyim brend xeyli gəlir götürüb... Bu mövzunu açmaq üçün ulduzlara və media orqanlarına verilən pul qat-qat artıqlaması ilə qayıdıb...

Mediavirus
– bu sözü yaxşı yadda saxlayın. Mediavirus – xüsusi psixotexnologiyalar əsasında hazırlanmış informasiya virusdur. O, insan təfəkkürünün mexanizmlərindəki zəif cəhətlərdən (haker termini ilə desək, `deşiklərdən`) şüura soxulur və özünü yaymağa başlayır. Qısa vaxtda epidemiya kimi çox böyük areala yayıla bilər.

Sosial şəbəkələr mediavirusların yayılması üçün ideal məkandır. Burada çox münbit şərait var. Qrip virusu üçün basabas avtobus nədirsə, mediavirus üçün də sosial şəbəkə odur.

Bu hadisə bizim üçün bir siqnal olmalıdır: mediavirus texnologiyaları getdikcə daha da inkişaf edirlər... Çalışın, şüurunuzu epidemiyalardan qoruyasınız!

Vüsal Məmmədov





Teqlər:  





Xəbər lenti