Deputat intihar etdi
Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, mərhumun həyat yoldaşı yerli vaxtla saat 02 radələrində otaqda işığın yandığını, stolun üstündə isə kağız görüb.
Nazirlikdən qeyd edilib ki, M.Çeçetov 17-ci mərtəbədəki mənzilinin pəncərəsindən özünü atıb.
Fakt üzrə qəsdən öldürmə maddəsi üzrə cinayət işi açıb. Paytaxt polisi bildirib ki, bu, standart prosedurdur, hazırkı məqamda söhbət yalnız özünəqəsddən gedir.