Olland Nemtsov haqqında: “İyrənc qətldir”

Olland Nemtsov haqqında: “İyrənc qətldir”
  28 Fevral 2015    Oxunub:2230
Fransa Prezidenti Fransua Olland Moskvada qətlə yetirilən tanınmış siyasətçi Boris Nemtsovun ölümünü pisləyib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, F. Olland qətlin törədənləri kəskin şəkildə ittiham edib:
“Bu iyrənc qətildir. Boris Nemtsov demokratik prinsiplərin müdafiəsi uğrunda xidmət edib. Siyasətçinin qətli demokratik prinsiplərə zərbə vurdu”.

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.
Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti