ABŞ-dan Xocalı ilə bağlı daha bir bəyanat

ABŞ-dan Xocalı ilə bağlı daha bir bəyanat
  28 Fevral 2015    Oxunub:1717
ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib.
O, Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfərin qətlə yetirildiyini bildirib. Donald Peyn bəyanatında digər Konqres üzvlərini də Xocalıda törədilən dəhşətli qətliamı tanımağa çağırıb.

Eyni zamanda, Konqresmen Peyn Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu da vurğulayıb. (AzərTAc)


Teqlər:





Xəbər lenti