Rusiya ABŞ-ı qorxuya saldı
ABŞ-ın Milli Kəşfiyyatın rəhbəri James Clapperin fikrincə, Rusiyanın Müdafiə Nazirliyi təbliğatı idarə edə və düşmənin kompüter sistemlərini ziyanlı proqramlara yoluxdura bilən bölmələr formalaşdırır.
Çin də ciddi təhlükədir. Öz növbəsində İran və Şimali Koreya kimi ölkələr "daha az texniki imkanlara, lakin, güman ki, daha dağıdıcı niyyətlərə malikdir," deyə Clapper Senatın silahlı qüvvələr üzrə komitəsinə bildirib.
Clapper qeyd edib ki, ABŞ hökuməti illərlə maliyyə institutlarının işini pozmağa, elektrik stansiyasını söndürməyə qadir olan mümkün "kiberarmageddon" barədə xəbərdarlıq edirdisə hazırda xüsusi xidmət orqanları əsasən xırda və orta səviyyəli hücumlara fokuslanır.
`Zaman keçdikcə kiçik hücumların yaratdığı kumulyativ iqtisadi effekt iqtisadiyyat və milli təhlükəsizlikdə özünü daha çox hiss etdirəcək`.
Teqlər: