Ukrayna ordusu bir gündə 3 əsgərini itirdi
Ukrayna prezidenti Pyotr Poroşenko ötən gün demişdi ki, əldə olunmuş atəşkəs rejiminə baxmayaraq, ölkənin şərqində təhlükə hələ də qalır.
Xatırladaq ki, Minskdə fevralın 12-də əldə edilmiş razılığa əsasən, tərəflər fevralın 15-dən atəşkəs elan etməli, iki gündən sonra isə ağır silahları geri çəkməli idilər. Lakin hər iki tərəf ağır silahların cəbhə xəttindən geri çəkilməsinə başlandığını desələr də, ATƏT-in müşahidəçiləri bunu təsdiqləmirlər.