Britaniyalı deputatlar Xocalı petisiyasına qoşuldular
Petisiya Böyük Britaniya Parlamentinin saytında (https://azvision.az/redirect.php?url=http://www.parliament.uk/business/publications/business-papers/commons/early-day-motions/edm-detail1/?session=2014-15&edmnumber=805) yerləşdirilib.
Petisiyaya artıq bir neçə millət vəkili qoşulub. Petisiyada 1992-ci il fevralın 26-da Xocalı şəhərinə erməni silahlı qüvvələrinin hücumundan 23 il ötməsi qeyd olunur və bunun nəticəsində qətlə yetirilmiş 613 insanın əziz xatirəsi yad edilir, Azərbaycan xalqına başsağlığı verilir və Böyük Britaniya hökuməti tərəfindən münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırış edilir.
AzVision.az