Vatikanın `mələkləri`

Vatikanın `mələkləri`
  27 Fevral 2015    Oxunub:3012
Fərrux Həsənov

Dünyadakı təqribən 7 milyard insandan 1,2 milyardını Vatikan idarə edir. Vatikan xristian dinini əsas mərkəzidir. Həm anklav, həm də çırtdan dövlət kimi tanınır.


Anklav dövlət nədir? Dövlətin hər tərəfdən başqa ölkənin ərazisilə əhatə olunması. Anklav mövcudluğu bir sıra hüquqi problemlər doğurur: anklava getməyi təmin etmə, anklavın məxsus olduğu dövlətin digər hissələrilə əlaqəsinin yaradılması imkanı və s.

Vatikanın sahəsi 44 km², əhalisi isə 1000 nəfərdir. Onlardan 650 nəfəri daimi sakindir. Dövləti qanunverici, icraedici və məhkəmə hakimiyyəti idarə edir. Dövlətə Roma Papası başçılıq edir.

Papa Qvardiyası latınca belə adlanır: “Pontificia Cohors Helvetica or Cohors Pedestris Helvetiorum a Sacra Custodia Pontificis”. Papanı qorumaq üçün sırf İsveçrəlilərdən təyin olunmuş 110 nəfərdən ibarət ordunun əsası 1505-cı ildə qoyulub. İlk dəfə Roma papası II Julius İsveçrədən özünü qorumaq üçün ordu göndərilməsini tələb edir. 1505-ci ildə 150 nəfərdən ibarət İsveçrə əsgəri ilk dəfə Vatikana daxil olur, amma rəsmi olaraq, 1506-cı ildə öz missiyalarına başlayırlar.

Dünyanın ən kiçik ordusu olsa da, bu orduda xidmət etmək çox çətindir. Bunun üçün İsveçrə vətəndaşı və katolik olmaq şərtdir. Bu qvardiyaya daxil olmaq istəyən kəslər Vatikana gəlmədən öncə İsveçrədə hərbi xidmət keçmiş olmalı, 19-30 yaş arası, atletik bədən qurluşuna, ən azı 1.74 sm boya sahib olmalıdır. Alman, Fransız, İtaliyan və İngilis dillərini mükəmməl bilməlidir.

Bu qvardiyanın üzvləri maksimum 25 il xidmət göstərə bilərlər, lakin 2 ildən sonra onlara xidmətdən azad olma hüququ verilir. Əsgər tutduğu vəzifədən imtina edirsə, o zaman bir sıra imtiyazları, o cümlədən, Vatikan pasportu geri alınır.

Bu qvardiyanın vəzifəsi əsasən Roma Papasını qorumaq, Vatikanı mühafizə etməkdir. Əlbəttə ki, qvardiya birbaşa Papaya tabedir. Onların maliyyəşdirilməsini Vatikan həyata keçirir və hər bir əsgər ayda 1.350 € maaş alır.



Qərb ölkələrində Vatikan əsgərlərilə bağlı belə bir fikir var: “Onlar İsveçrədən sadəcə buraya fərqli geyimləri geyinmək üçün gələn varlı ailənin uşaqları deyil, Vatikan dünyanın ən güclü təhlükəsizilik sisteminə malik olan bir ölkədir, hətta, İsrailin `Mossad`ını da bəzi şərtlərə görə üstələyir”.

Papa qvardiyasına üzv əsgərlərin cinsi əlaqədə olması qəti şəkildə qadağandır, yalnız xüsusi rütbə sahibləri ailə qura bilərlər. Qvardiya əsasən orta əsrlər geyimində olur və həmin dövrə məxsus silahlarla təchiz edilirdi. Amma Roma papasına qarşı olan sui-qəsddən sonra Qvardiyanın arsenalına modern silahlar da əlavə olundu.


Teqlər:  





Xəbər lenti