Azərbaycanda dəhşət: manyak qadınları öldürür

Azərbaycanda dəhşət: manyak qadınları öldürür
  21 Fevral 2015    Oxunub:4367
Gəncəbasar zonasında qadın manyakı peyda olub.
Bu haqda məlumatı Şəmkir rayon sakinləri deyiblər. Onların sözlərinə görə, təxminən 15 gün bundan öncə bir qadının cəsədi tapılıb.
Gəncə şəhərində qeydiyyatda olan “Ayka” ləqəbli qadın kapron corabla öldürüldükdən sonra Şəmkirdə Kür qəsəbəsinin yaxınlığındakı kanala atılıb.

Ölən qadının pozğun həyat sürdüyü deyilir. Bu qətlin araşdırılması üçün qadının telefonuna son zəng edənlərin hamısı dindirilir. Əldə edilən məlumata görə, son dəfə qadını nömrə nişanı 700 olan VAZ 2106 markalı avtomobildə görüblər. Bu üzdən rayon ərazisində nömrəsi 700 olan bütün “06”lar saxlanılaraq polis şöbələrinə aparılır.

Adını gizli saxlayan mənbə deyir ki, çılpaq halda qadınların öldürülməsi faktı ilk deyil. Artıq son 3-4 ay ərzində təxminən 5 qadın öldürülüb. Öldürülənlərin hamısının yüngül həyat tərzi sürdükləri bəlli olub. Deyilənə görə, bu qətldən yalnız 2-nin üstü açılıb.

Bir neçə gün öncə isə Gəncədə də oxşar hadisə baş verib. Bu dəfə qatil özü haqda işarə verib və qadının çılpaq bədənində yazıb ki: "Qətllərə görə heç kəsi tutmayın, bir-iki nəfəri də öldürdükdən sonra özüm gəlib təslim olacam". (aznews.az)


Teqlər:





Xəbər lenti