`Oskar` mükafatı haqqında nə bilirsən? – TEST
1. Niyə mükafatın adını `Oskar` qoyublar?
a) Mükafatı təsis edən şəxsin adıdır
b) Akademiyanın kitabxanaçısı hesab edib ki, mükafatın simvolu olan heykəl onun babası Oskara bənzəyir
c) Kinomükafatın birinci sahibinin şərəfinə qoyulub.
d) Mükafat yazıçı Oskar Uayldın şərəfinə bu cür adlandırılıb.
2. İkinci dünya müharibəsi zamanı metal çatışmamazlığı üzündən “Oskar”ların istehsalında problem yaranmışdı. Bu vəziyyətdən necə çıxdılar?
a) Heykəlciyi gipsdən düzəltdilər
b) Heykəlcik gildən düzəldildi
c) Qaliblərə kağız sertifikatlar təqdim olundu
d) SSRİ-nın pionerləri tərəfindən toplanmış metal tullantıları pulla aldılar
3. Bu aktrisa 1 həftə ərzində ən yaxşı və pis nominasiyalarının qalibi olub. Əvvəlcə ən yaxşı rola görə “Oskar” alıb, sonra isə ən pislər nominasiyasında “Qızıl moruq”a layiq görülüb. Kimdir bi aktrisa?
a) Anjelina Coli
b) Kameron Dias
c) Sandra Ballok
d) Кеyt Uinslet
4. Bu aktyorlardan hansı bir dəfə də olsun nüfuzlu mükafata layiq görülməyib?
a) Mettyu Маккоnаhi
b) Vudi Аllеn
c) Leonardo DiKaprio
d) Cek Nikolson
5. Bu aktrisa afroamerikalılar arasında “Oskar” alan ilk şəxsdir. Doğrudur, onu həmin vaxt “qaralar” üçün xüsusi zonada otuzdurmuşdular.
a) Vupi Qoldberq
b) Hаlli Bеrri
c) Alişia Kis
d) Hetti Makdeniel
6. Mükafatın tarixin irəli sürüldüyü bütün nominasiyalar üzrə “Oskar”a layiq görülən film hansıdır?
a) `Üzüklərin hökmdarı: Kralın qayıdışı`
b) `Küləklə sovrulanlar`
c) `Uğur centelmenləri`
d) `Karib dənizinin quldurları`
7. “Oskar”a layiq görülən Rusiya cizgi filmi hansıdır?
a) `Prostokvaşino`
b) `Vinni-Puх`
c) `Qoca və dəniz`
d) `Nu, poqodi`
Doğru cavablar: 1B, 2A, 3V, 4V, 5Q, 6А, 7V
Hər düzgün cavaba görə 1 bal sayın.
Nəticələr:
4 - 7 bal:
- Sizin “Oskar”la bağlı kifayət qədər məlumatınız var. Əsl kinomansınız.
0- 3 bal:
- “Oskar” haqda bilikləriniz çox olmasa da, əsas odur ki, siz kinodan zövq alasınız. Kinonun yaradıcıları elə bu məqsədi qarşılarına qoyublar.
Cavabların geniş izahı:
1 . Rəsmi olaraq mükafat “Academy Award of Merit” və ya “Akademiyası Xidmətə görə Mükafatı” adlanır. «Oskar» akademiyanın kitabxanaçı Marqaret Herrikin sayəsində belə adlanıb. O, fikir verib ki, mükafat onun Oskar adlı əmisinə oxşayır.
2. 1942-ci ildən İkinci Dünya Müharibəsinin qurtarana kimi mükafatı gipsdən düzəldirdilər. Sonra yenidən qaliblərə mükafatın metal versiyasını təqdim etməyə başlayıblar.
3. 2009-cu ildə Sandra Ballok "Görünməz tərəf" filmində çəkildiyinə görə "Oskar" alıb, lakin sonradan ona "Stiv barədə hər şey" filminə görə "Qızıl moruq mükafatını" veriblər. Qeyd etmək lazımdır ki, Sandra hər iki mərasimə qatılıb.
4. Leonardo mütəmadi olaraq mükafata namizəd irəli sürülür: 2007-ci ildə "Qanlı almaz", 2005-də "Aviator", 2014-cü ildə "Uol strit canavarı" filmində çəkildiyinə görə. Amma heç vaxt ala bilməyib.
5. Hetti Makdeniel 1940-cı ildə "Küləklə sovrulanlar" filmində ikinci dərəcəli rola görə `Oskar` alıb. Ümumiyyətlə, o, mərasimə buraxılan ilk afroamerikalılardan biri idi. Onu lap arxada otuzdurublar. Səhnəyə çıxmaq üçün bütün zaldan keçməli olub.
6. "Üzüklər hökmdarı: Kralın qayıdışı" Kinoakademiyanın yeganə filmidir ki, nominasiya olduğu bütün `Oskar`ları qazanıb. Piter Ceksonun trilogiyasının sonuncu hissəsi "ən yaxşı film" və "ən yaxşı rejissura" kimi mötəbər nominasıyalar da daxil olmaqla, düz 11 mükafata layiq görülüb.
7. 2008-ci ildə "Oskar" mükafatını Ernest Heminqueyin eyniadlı əsəri əsasında çəkilən "Qoca və dəniz" multfilminə görə rusiayalı rejissor, rəssam-multiplikator Aleksandr Petrova veriblər.
AzVision.az
Teqlər: