AFFA-dan klublara cəza

AFFA-dan klublara cəza
  16 May 2013    Oxunub:1760
Komandalar 200-2000 manat arasına cərimə olunublar
Bu barədə AzVision.az-a AFFA-nın mətbuat xidmətindən məlumat veriblər.

İntizam komitəsinin qərarı belədir:

13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 61-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 27 №-li futbolçusu Adrian Skatlatake idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXXI turunun “Turan” – “Kəpəz” matçında “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

14 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXXI turunun “Rəvan” – AZAL matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).

Matçın 85-ci dəqiqəsində “Rəvan” klubunun 5 №-li futbolçusu Nikolay Orlovski idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
14 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXXI turunun “Qəbələ” – “Neftçi” oyunun 3-cü, 47-ci və 49-cu dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

“Qəbələ” klubunun azarkeşləri tərəfindən “Neftçi” klubunun avtobusunun şüşəsi sındırıldığı üçün “Qəbələ” klubu dəymiş zərərə uyğun olaraq “Neftçi” klubuna təqdim edəcəyi hesab əsasında ödəmə etsin.

14 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXXI turunun “Simurq” – “İnter” matçının 54-cü dəqiqəsində “Simurq” klubunun 19 №-li futbolçusu Nicat Qurbanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.1).
Oyunun 74-cü dəqiqəsində “İnter” klubunun 15 №-li futbolçusu Volodimir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
14 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz

Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Bakı” matçının 84-cü dəqiqəsində “Bakı” klubunun 23 №-li futbolçusu Rauf Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.1).

13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “Simurq” – “İnter” matçının 86-cı dəqiqəsində “Simurq” klubunun 20 №-li futbolçusu İlqar Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat (maddə 37.1).

13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “Rəvan” – AZAL matçında hər iki klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 90+4-cü dəqiqəsində AZAL klubunun 7 №-li futbolçusu Elgün Abbaslı rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat (maddə 42.1).

13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “Qarabağ” – “Bakı” matçının 29-cu dəqiqəsində Mahir İbrahimov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat (maddə 42.3).

11 may 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan Divizionunun XXV turunun “Şəmkir” – “Tərəqqi” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

11 may 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan Divizionunun XXV turunun “Energetik” – “Qala” matçının 45-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

Matçın 75-ci dəqiqəsində “Energetik” klubunun 12 №-li futbolçusu Zamir Cəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

07 may 2013-cü il U-19 Liqasının “Qəbələ” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ” klubunun 16 №-li futbolçusu Elton Turabov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

16 may 2013-cü il "Azercell U-17 Liqa"nın “Qəbələ” – “Gənclik” matçında “Gənclik” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

13 may 2013-cü il "Azercell U-17 Liqa"nın “Qarabağ” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 77 №-li futbolçusu Toğrul Həsənzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 80-ci dəqiqəsində “Neftçi” klubunun 20 №-li futbolçusu Vüsal Hüseynov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

06 may 2013-cü il "Azercell U-17 Liqa"nın “Rəvan” – “Qarabağ” matçının 63-cü dəqiqəsində “Qarabağ” klubunun 3 №-li futbolçusu Cavid Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

06 may 2013-cü il "Azercell U-17 Liqa"nın AZAL – “Turan” matçının 76-cı dəqiqəsində “Turan” klubunun 6 №-li futbolçusu Məcid Xəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

13 may 2013-cü il "Azercell U-17 Liqa"nın “Kəpəz” – ROİL matçında ROİL klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Klub 3 dəfə oyunlarda iştirak etmədiyinə görə yarışlardan kənarlaşdırılır (maddə 56).

09 may 2013-cü il U-16 Liqasının “Bakı” – “Neftçi” matçının 80+3-cü dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu İbrahim Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

15 may 2013-cü il U-16 Liqasının “Turan” – AZAL matçında AZAL klubunun iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

09 may 2013-cü il U-16 Liqasının “Qarabağ” – “Turan” matçının 57-ci dəqiqəsində “Turan” klubunun 9 №-li futbolçusu Natiq Qüdrətov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

14 may 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Əlincə” – “Qəbələ” matçının 50-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Halim Fıçıcı təhqiredici hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).

07 may 2013-cü il U-14 Liqasının “Şirvan” – “Xəzər Lənkəran” matçının 40-cı dəqiqəsində “Şirvan” klubunun 10 №-li futbolçusu İsmayıl Qəmbərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).

13 may 2013-cü il U-14 Liqasının “İnter” – “Neftçi” matçının 20-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Ramil Həbibov hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

07 may 2013-cü il "Coca-Cola U-13 Liqası"nın “İnter” – “Neftçi” matçı başa çatdıqdan sonra “İnter” klubunun 5 №-li futbolçusu Bayram Paşazadə hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanır (maddə 42.3).

12 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ağstafa” – “Avey” matçının 86-cı dəqiqəsində “Ağstafa” klubunun 9 №-li futbolçusu İsmayıl İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

Oyunun 89-cu dəqiqəsində “Ağstafa” klubunun 11 №-li futbolçusu Vüqar Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

14 may 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin “Baku Fire” – “Rabitə” matçının 35-ci dəqiqəsində “Rabitə” klubunun 10 №-li futbolçusu Əhməd Budaqovla, “Baku Fire” klubunun 12 №-li futbolçusu Aleksandr Şarkon aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanır (maddə 38.3).


Teqlər:





Xəbər lenti