`Forsaj 7` gəlir – VİDEO

`Forsaj 7` gəlir – VİDEO
  05 Fevral 2015    Oxunub:5366
`Forsaj` franşizasının 7-ci filmi (Furious 7) apreldə ekranlara çıxacaq. Rejissor Ceyms Vanın çəkdiyi filmdə Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceysom Stetem oynayırlar.

Film əslində ötən ilin iyulunda ekranlara çıxmalı idi, amma Pol Uokerin qəfil ölümü ssenarini təzədən işləməyə vadar etdi.

7-ci film eyni zamanda iki hissənin davamıdır: `Forsaj 6` və `Forsaj 3: Tokio drifti`. Belə ki, 3-cü hissədə öldürüən məşhur qanqsterin qardaşı Dekkard Şou (Ceyson Stetem) Dominik Toreronun dəstəsindən qisas almağa çalışır.

AzVision.az




Teqlər:





Xəbər lenti