Azərbaycan filmi beynəlxalq festivalda

Azərbaycan filmi beynəlxalq festivalda
  28 Yanvar 2015    Oxunub:2534
Kinorejissor Şamil Əliyevin "Çölçü" bədii filmi daha iki beynəlxalq festivalın əsas müsabiqəsində iştirak edəcək
AzVision.az-ın məlumatına görə, rejissor bildirib ki, fevralın 7-dən 14-dək Hindistanda keçiriləcək II Noida beynəlxalq film festivalında "Çölçü" ən yaxşı bədii film, rejissor, ssenarist, operator, aktyor və digər nominasiyalarda yarışacaq.

"Çölçü" filmi həmçinin martın 6-dan 15-dək Avstraliyanın Bayron Bey şəhərində keçiriləcək IX beynəlxalq kinofestivalın (Byron Bay International Film Festival) proqramında yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub. İndiyədək 20-dən çox beynəlxalq kinofestival və forumlarda iştirak edən ekran əsəri mükafatlara layiq görülüb.


Teqlər:  





Xəbər lenti