`Biznesim yoxdur, gəlir yerim...` - Aygün Kazımova
“Mükafat verilsə də, verilməsə də mənim üçün dəyişən bir şey olmayacaq. Hazırda başım başqa layihələrə qarışıb. Adımı müsabiqəyə özüm yazdırmamışam. Mükafatlandırma mərasiminin baş tutacağı gün özəl işim olsa, gecəyə qatılmaqdan imtina edəcəm”.
Uzun müddətdir Türkiyədə yaşayan A.Kazımova oranın vətəndaşı olmaqdan imtina etdiyini deyib:
“Mənə təklif oldu ki, sizə Türkiyə pasportu verək. Dedim yox, mən Azərbaycan vətəndaşıyam. Orada yaşadığım ev Boğazın arxasındadır. Mənzilimdən çox razıyam, rahatdır. Hər bir şeyim oradadır. Qırağa çıxmağa ehtiyac yoxdur”.
Xalq artisti qazancından da bəhs edib:
“Məndən “biznes ledi” çıxmaz. Ən yaxşısı, mən oxuyum. Gəlirim ancaq mahnı və reklamlardan, xüsusi gecələrdən, tədbirlərdən olur. Keçən ilə nəzər yetirsəniz görərsiniz ki, mən bir neçə reklama çəkilmişəm”.
Qeyd edək ki, 2007-ci ildən keçirilən “Big Apple Music Awards” müsabiqəsinə Qafqaz, Orta Şərq və Mərkəzi Asiya ölkələrinin tanınmış müğənniləri qatılırlar. Müsabiqə iyunun 14-də Nyu-Yorkda baş tutacaq.
Ötən il müsabiqədə xalq artisti Brilliant Dadaşova və müğənni İlhamə Qasımova mükafata layiq görülmüşdülər. Bu il də nominantlar arasında xalq artisti Brilliant Dadaşova, müğənni-bəstəkar Emin, ifaçı Sevinc Musayeva yer alıblar. (axşam.az)
Teqlər: