“Aclıq oyunları”-ından növbəti rekord - VİDEO
Məşhur aktrisa Cenefer Loursenin baş rolda oynadığı film ABŞ kinoteatrlarında 333,2 milyon dollar gəlir götürüb.
Məlumata əsasən “Lionsgate” şirkətinin “Aclıq Oyunları” saqası artıq iki ildir ki, reytinqə başçılıq edir. Qeyd edək ki, ABŞ-da son on ildən çox bir müddətdə belə bir uğur qazanan kinostudiya olub.
“Aclıq oyunları: Alaycı quş. Hissə I” dünyada 700 milyondan çox gəlir qazanıb. Bu hələ son göstərici deyil. Belə ki film fevralın 8-i Çin kinoteatrlarında ekrana çıxacaq. Ümumilikdə isə franşizanın üç hissəsi kinostudiyaya 2,2 milyard dollardan çox gəlir gətirib.
Eldar Tanrıverdiyev
Teqlər: