Yol qəzası, 2 nəfər ölüb

  14 May 2013    Oxunub : 608
Yol qəzası, 2 nəfər ölüb
“Toyota” markalı minik avtomobili və “Daewoo” markalı sərnişin avtobusu toqquşub
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən AzVision.az xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda “Toyota” markalı minik avtomobili və “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2 nəfər qəzada ölmüş və “Toyota” markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 04:45-də başa çatıb.

Teqlər: