600 min manatlıq korrupsiya faktının üstü açılıb

600 min manatlıq  korrupsiya faktının üstü açılıb
  13 May 2013    Oxunub:1297
Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunub.
“Atrabank” Açıq Səhmdar Cəmiyyətinin Xəzər rayon filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müəyyən edilib ki, filialın vəzifəli şəxsləri tərəfindən 1 aprel 2011-ci ildən 1 sentyabr 2012-ci ilədək olan dövr ərzində saxta sənədlər əsasında, həmçinin bir çox hallarda yararsız vəziyyətdə olan avtomobillərin girov qoyulması yolu ilə 145-dən artıq vətəndaşın hər birinin adına kreditin rəsmiləşdirilərək mənimsənilməsi və yol verilən digər qanunsuz hərəkətlər nəticəsində ümumilikdə banka 600.0 min manatdan artıq məbləğdə külli miqdarda ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.



Teqlər:  





Xəbər lenti