`Oskar`ın məşqi: `Qızıl qlobus`lar verildi - SİYAHI

`Oskar`ın məşqi: `Qızıl qlobus`lar verildi -  SİYAHI
  12 Yanvar 2015    Oxunub:2867
Rejissor Riçard Linkleyterin `Yeniyetməlik` (Boyhood) filmi ən yaxşı drama olaraq `Qızıl qlobus`a layiq görülüb. Riçard Linkleyter özü isə ən yaxşı rejissor mükafatını alıb.

Qeyd edək ki, ən yaxşı film nominasiyasında “Selma” (Ava Dü Verney), “Stiven Houkinqin kainatı” (Ceyms Marş), “Tülkü ovçusu” (Bennet Miller) və “İmitasiya oyunu” (Morten Tildum) filmləri də mübarizə aparırdılar.

Rusiyalı rejissor Andrey Zvyagintsevin festivallarda böyük hay-küy doğuran “Leviafan” filmi “Xarici dildə ən yaxşı film” kimi “qızıl qlobus”a layiq görülüb.

Ues Andersonun “Qrand Budapeşt oteli” filmi ən yaxşı komediya hesab olunub.

Alexandro Qonsales İnyaritunun “Berdmen” filmi ən yaxşı ssenariyə görə mükafat alıb.

Digər qaliblər:

Ən yaxşı aktyor – Eddi Redmeyn (“Stiven Houkinqin kainatı”)
Ən yaxşı aktrisa – Culiana Mur (“Hələ də Elis”)
İkinci planda ən yaxşı aktrisa – Patrisiya Arkett
İkinci planda ən yaxşı aktyor – Conatan Kimbl Simmons
Dramatik serialda ən yaxşı kişi rolu ifaçısı – Kevin Speysi (“Kart evcik”)
Dramatik serialda ən yaxşı qadın rolu ifaçısı –Rit Uilson (“Sevgililər”)
Ən yaxşı animasiya filmi – “Əldahanı necə əhilləşdirməli-2”

AzVision.az


Teqlər:





Xəbər lenti