Universitetin təşkilatçılığı ilə II İqtisadi Forum keçirilib

Universitetin təşkilatçılığı ilə II İqtisadi Forum keçirilib
  13 May 2013    Oxunub:1157
Forumda Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən iştirak ediblər.
Xaçmaz rayonunda Qafqaz Universiteti və Sosial-iqtisadi tədqiqatlar mərkəzinin təşkil etdiyi II İqtisadi Forum keçirilib. Universitetin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, forumun açılışında çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən konfransın işinə uğurlar arzulayıb. Tədbirdə bildirilib ki, bu ilki forum maliyyə-iqtisadi böhranından sonra dünya iqtisadiyyatında formalaşmış tendensiyaların müzakirəsinə həsr edilib. Müzakirələr üç istiqamətdə aparılıb. Birinci istiqamət qlobal iqtisadi problemlər və onlara müasir baxışları əhatə edib.

Burada əsasən qlobal iqtisadi problemlərin həllinə alternativ yanaşmalar, muasir istehlak cəmiyyəti və onun müasir iqtisadi böhranların yaranmsında rolu, eləcə də müasir dövr iqtisadiyyatının institusional məsələləri müzakirə edilib. İkinci istiqamətdə sahibkarlığın iqtisadi inkişafdakı rolu innovasiyalar, istehsal və marketinq münasibətlərinə yeni baxışlar, həmçinin, maliyyə münasibətləri kontekstində geniş diskussiya aparılıb. Forumun sonuncu müzakirə istiqaməti isə milli-mənəvi dəyərlərin müasir iqtisadiyyatdakı rolu ilə əlaqədar olub. Burada milli-mənəvi dəyərlərin iqtisadi davranışlara təsiri, alternativ bankçılıq və ticarət əxlaqı kimi məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Sonda Qafqaz Universitetinin rektoru Ahmet Sanıç tərəfindən İştirakçılara xatirə plaketi verildi.

AzVision.az



Teqlər:  





Xəbər lenti