Metronun polis rəisi işdən çıxarıldı

Metronun polis rəisi işdən çıxarıldı
  09 Yanvar 2015    Oxunub:4059
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi polis general-mayoru Mirqafar Seyidov yeni təyinat edib.
Hüquq-mühafizə orqanlarından a24.az-a verilən məlumata görə, M.Seyidov Bakı Metropolitenin polis rəisi Əflatun Həsənovu tutduğu vəzifədən azad edib. Hələlik onun yerinə heç bir təyinat yoxdur.

Məsələ ilə bağlı Bakı Metropolitenin polis şöbəsi ilə əlaqə saxladıq. Sözügedən yerdə Əflatun Həsənovu işdən azad olunması faktı təsdiqlədilər.


Teqlər:





Xəbər lenti