Əməkdar artist əməliyyat olunub
Aktyorun öd kisəsi götürülüb. O, əməliyyatın uğurlu keçdiyini bildirib. Hazırda aktyor özünü normal hiss etdiyini bildirib:
"Hazırda əməliyyat olunduğum özəl klinikadayam. Əslində bura check-up (tam müayinə - red.) etdirmək üçün gəlmişdim. Ümumi müayinə zamanı məlum oldu ki, öd kisəm çox şişib və ciddi problem yarana bilər. Ona görə də təcili əməliyyat olundum. İndi özümü normal hiss edirəm. Bu gündən yavaş-yavaş gəzməyə başlamışam. Sabah məni evə yazacaqlar. Yəqin ki, bir-iki həftəyə sağalaram. Sonra teatra qayıdıb, tamaşalarımı oynamağa davam edəcəm".
Qeyd edək ki, Elşən Cəbrayılov mərhum aktyor Şahin Cəbrayılovun oğludur.
Teqlər: