TQDK qəbul imtahanlarının günlərini açıqladı

TQDK qəbul imtahanlarının günlərini açıqladı
  11 May 2013    Oxunub:1689
TQDK ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtını açıqlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları və onlarla əlaqədar tədbirlərin ilkin planı:

Ali təhsil müəssisələrinə ərizə qəbulu - 9 aprel- 15 may; təsdiq: 15 aprel - 17 may

Ali və orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) qabiliyyət imtahanı (bundan sonra qabiliyyət imtahanı) iştirakçılarının qeydiyyatı - 1 - 20 may

Rus bölməsi üzrə Azərbaycan dili imtahanının 1-cisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü - 8 may

Rus bölməsi üzrə Azərbaycan dili imtahanı - 1-ci 19 may (Bakı və bölgə mərkəzləri) , 2-ci 23 iyun (Bakı)

Magistraturaya proqram seçimi - 3-11 iyun

Magistraturaya qəbul imtahanı (II mərhələ) - 23 iyun

Magistratura - ixtisaslaşma seçimi - 26-28 iyun

Ali təhsil müəssisələrinə qəbul imtahanı

III qrup - 14 iyul

I qrup - 21 iyul

IV qrup - 28 iyul

II qrup - 3 avqust

Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı - 18-24 iyul

Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı - 25 iyul -1 avqust

İdman istiqaməti üzrə qabiliyyət imtahanı - 31 iyul-12 avqust

Ali təhsil müəssisələrinə ixtisas seçimi - 6-15 avqust

Əlavə yerləşdirmə (bakalavriat) və orta ixtisas təhsili müəssisələrinin (tam orta təhsil bazasında) müsabiqəsi və yerləşdirməsi - 18-22 avqust

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu - 17 iyul-15 avqust

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanlarına qeydiyyat - 17 -31 iyul

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanları 5-13 avqust

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı - 25 avqust

Orta ixtisas təhsili müəssisələrinin boş plan yerlərinə ixtisas seçimi - 9-12 sentyabr

Rezidenturaya sınaq imtahanı - 17 və 18 avqust

Rezidenturaya sənəd qəbulu - 14-23 avqust

Rezidenturaya qəbul imtahanı - 9 və 10 sentyabr


Monitorinq imtahanları - Aprel-may

Buraxılış imtahanları (eksternat və təkrar daxil) - İyun

Buraxılış imtahanları (peşə liseyləri) - 17 mart

AzVision.az





Teqlər:  





Xəbər lenti