Əli Əhmədov: “Bu ona gətirib çıxaracaq ki,...”

  10 May 2013    Oxunub : 809
Əli Əhmədov: “Bu ona gətirib çıxaracaq ki,...”
“Azərbaycan hazırda bir çox önəmli beynəlxalq təşkilatların toplantılarının keçirildiyi məkana çevrilib. Bu, onunla əlaqədardır ki, Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə rolu və əhəmiyyəti artıb”
Yeni Azərbaycan Partiyasından AzVision.az-a verilən məlumata görə, bu fikirləri YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, müxtəlif beynəlxalq forumların paytaxt Bakıda keçirilməsi ölkəmizin beynəlxalq imicinin və rolunun artmasının göstəricisidir.

Birinci Cənubi Qafqaz Forumunun Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən Əli Əhmədov qeyd edib ki, Cənubi Qafqaz bölgəsinin problemlərinin, o cümlədən Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ probleminin müzakirə edilməsi və ədalətli həlli yolunun axtarılıb tapılması istiqamətində bu kimi forumların keçirilməsinin çox böyük əhəmiyyəti var.

“Azərbaycan Prezidenti İlham Əliyevin forumda bütövlükdə Cənubi Qafqazın problemləri kontekstində, o cümlədən Dağlıq Qarabağ problemləri ilə əlaqədar çox dəyərli fikirləri hesab edirəm ki, dünya birliyinin bu problemlərə diqqətinin artırılmasına gətirib çıxaracaq. Cənubi Qafqaz regionu bütövlükdə dünya siyasəti kontekstində böyük əhəmiyyət kəsb etməkdədir. O cümlədən Azərbaycan həm Avropanın, həm də dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhvəsi ilə diqqəti cəlb edir. Bu mənada belə forumların ölkəmizdə keçirilməsi böyük əhəmiyyət kəsb edir”- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Teqlər: