Prezident xanımı ilə Gül Bayramında - FOTOLAR

Prezident xanımı ilə  Gül Bayramında - FOTOLAR
  10 May 2013    Oxunub:3112
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə paytaxt Bakıda təşkil olunmuş Gül bayramında iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın bir sıra ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər.

Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olub, postament ağ güllərlə hörülüb.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin gül-çiçəyə qərq olmuş abidəsi önündə fidan balalarla xatirə şəkli çəkdirib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti