“İran vətəndaşları niyə həbs etdiyini açıqlamayıb”

“İran vətəndaşları niyə həbs etdiyini açıqlamayıb”
  10 May 2013    Oxunub:1100
“Azərbaycan vətəndaşlarının İranda həbs olunması xoşagəlməz haldır”
AzVision.az xəbər verir ki, bu sözləri xarici işlər naziirnin müavini Xələf Xələfov İranda iki Azərbaycan vətəndaşının saxlanmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə bu cür hallar tez-tez baş verdikdə, bu ictimaiyyətin ciddi narahatçılığına və eyni zamanda dövlət orqanı kimi bizim də narahatçılığımıza səbəb olur.

“Azərbaycan dövlətinin borcudur ki, ölkənin diplomatik təmsilçilərinin bilavasitə vəzifəsidir ki, digər ölkələrdə saxlanılan və ya məsuliyyətə cəlb olunan vətəndaşlara hüquqi yardım göstərilsin. Biz bunu edirik. Nümayəndələr lazımı tədbirlər görüblər və İran tərəfinə müraciət ediblər. Onların harada olması araşdırılıb. İndi İran tərəfi hələdə hansı səbəbdən saxlandığını tam açıqlamayıblar. Amma hər halda bütün məsələlər aydın olacaq. Əgər İranda saxlanan vətəndaşların günahı yoxdursa, onların azad olunması üçün Azərbaycan dövləti əlindən gələn bütün tədbirlər görəcəkdir”-deyə, Xələf Xələfov qeyd edib.

Anar


Teqlər:  





Xəbər lenti