Obama ilə Mişeli bu film ayırdı - VİDEO
Prezident Obama ən çox 12 il ərzində çəkilən “Boyhood” filmini bəyəndiyini, Mişel Obama isə “Gone Girl” filmini üstün tutduğunu deyib.
“Boyhood çox gözəl filmdir. Bu il ən sevdiyim film bu oldu” – deyə ABŞ prezidenti bildirib.
Mişel Obama isə “Gone girl” filminin kitabını daha çox bəyəndiyini əlavə edib:
“Affleck ve Rosemund Pike gözəl performans göstərdilər, amma mən kitabı daha çox bəyənmişdim. Bir neçə il əvvəl oxumuşam və sevimli kitablarımdan birinə çevrilib”.
Fatimə Kərimli
AzVision.az