Hind filmlərinə vurğun məmur

Hind filmlərinə vurğun məmur
  16 Fevral 2013    Oxunub:2610
Rusiya prezident Administrasiyasının rəhbər müavini Vladislav Surkov hind filmlərinə olan sevgisini etiraf edib.
“Russkiy pioner” jurnalına yazdığı köşəsində administrasiya rəsmisi hind filmlərini uşaqlıdan sevdiyini və sevməyə davam etdiyini qeyd edib. Surkovun sözlərinə görə, o, bu sevgisini gizləmək məcburiyyətindədir çünki əhatəsində olan insanlar bollivud filmlərinə baxmağı sevmirlər.
Surkov hind filmlərini nə üçün sevdiyini də yazıb : “İlk növbədə xeyir və şər çox aydın seçilir. Mənəvi, əxlaqi sadəlik dominantdır… İkincisi, klassik hind filmlərində səhv düşən və ya itgin uşaqların sonrakı taleyi olduqca maraqlı və sirli olur. Kasıb, imkansız bir oğlanın bir gün varlı bir tacirin oğlu və ya hansısa padşahın qohumu olduğu ortaya çıxır”. Rusiya rəsmisi onda olan bütün müsbət xüsusiyyətlərə görə hind filmlərinə minnətdar olduğunu deyib.



Teqlər:  





Xəbər lenti