“Valideynlər intihar faktı ilə razılaşır”

“Valideynlər intihar faktı ilə razılaşır”
  09 May 2013    Oxunub:1631
“Azərbaycan ordusunda döyüş şəraitində bir dənə də olsun fərarilik halının olmaması sevindirici haldır”.

“Bu təkcə xidmətlə bağlı olan məsələlər deyil”.
AZVision.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ordudakı ölüm hallarının baş verməsindən danışarkən bildirib.
O, ölüm hallarının sayının azalmasına çalışdıqlarını vurğulayıb:

“Hərbi xidmətdə hər bir ölüm faktı faciədir və gələcəkdə bunların qarşısını almaq üçün müvafiq işlər görülür. Hər bir əsgər ölümü faktı ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi açılır, istintaq aparılır. Cinayət işi ilə bağlı ilkin informasiyası ictimaiyyətə açıqlanır, amma sonrakı nəticələr barədə məlumat məhkəmədən əldə oluna bilər”.

Hərbi prokuror son illər hərbi hissədə baş verən intihar hadisələrinə a gəldikdə isə vurğulayıb ki, bu təkcə xidmətlə bağlı olan məsələlər deyil:

“Bəzən məişət problemləri və digər səbəblərdən də intihar halları baş verir. Bunun hamısı yalnız xidmətlə bağlı deyil. Heç kəs övladının intihar etməsi faktı ilə razılaşmır. Amma bu faktdır və valideynləri işin istintaqı başa çatandan sonra bütün materiallarla tanış edirik və onlar da intihar faktı ilə razılaşırlar. Amma sözsüz ki, hərbi xidmətdə hər bir ölüm faktı faciədir və bunların qarşısını almaq üçün müvafiq tədbirlər görülür”.


Teqlər:  





Xəbər lenti