“Bu mənim öz evimdir. Əslində efirdə yayımlanmasını istəmirdim. Biz sənət adamları dişimizlə-dırnağımızla özümüzə ev tikdiririk. Bəzən görürsən ki, onu da başqa cür qəbul edirlər. Niyə, axı?
Hər kəs bilir əvvəl Montində yaşamışam. Əslim rayondan olsa da, Bakıda yaşayan olmuşam. Kasıb ailədə böyümüşəm. Evlərimiz çox kiçik olub. Həmişə arzulamışam ki, rahat evim olsun. Demək olar ki, bütün qazancımı bu evə tökmüşəm".