Hicran Hüseynova AŞPA-nın nümayəndəsi ilə görüşüb

Hicran Hüseynova AŞPA-nın nümayəndəsi ilə görüşüb
  08 May 2013    Oxunub:2727
Görüşdə Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onlara qarşı mübarizə” haqqında Konvensiyası ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsi sədrinin birinci müavini ilə görüş keçirilib. Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsi sədrinin birinci müavini, Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçi, “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsinin siyasi koordinatoru cənab Mendes Bota ilə görüşüb.

Görüşdə əməkdaşlıq məsələləri və hər iki tərəfi maraqlandıran problemləri, habelə Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onlara qarşı mübarizə” haqqında Konvensiyası ətrafında müzakirələr aparılıb.

Tədbirdə AŞPA-nın əməkdaşı Jerardin Qreneb və Komitənin Beynəlxalq əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova iştirak ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti