Bəstəkar və şair Tural Bayraməliyev mərhum prezidentimiz Heydər Əliyevin anım günündə ona söz və musiqisi özünə məxsus olan yeni kompazisiyasını itaf edib.
“Ulu Öndər” adlanan mahnı Türkiyədə peşəkar musiqiçi heyəti tərəfindən aranjeman olunub. Əməkdar artist Almaz Ələsgərlinin ifasında lentə yazılan itaf nəğməsi klassik notlara köklənib. Çoxlu sayda skripkanın və müxtəlif alətlərin müşayiəti ilə yazılıb.