Ermənistan mediası belə boğulur - FAKTLAR (I yazı)

Ermənistan mediası belə boğulur - FAKTLAR (I yazı)
  12 Dekabr 2014    Oxunub:7885
Hesabat 2010 - 2014-cü illəri əhatə edir.

Bu yazı öncə də yazıla bilərdi, 2008-ci il 01 mart hadisəsindən dərhal sonra da, iki ay öncə də, 3 gün öncə də. Məhz bu günə qədər gözlədik.

10 dekabr insan hüquqlarının müdafiəsi günü kimi qeyd olunur. Heç olmasa bu gün, yəni 10 dekabrda kiminsə vicdanının dilə gələcəyini, haqq-ədalət deyəndə ağzına çullu dovşan yerləşməyənlərin heç olmasa bir dəfə də ədalətli olacaqlarını, heç olmasa bir dəfə işğalçı dövlətə “köpəkoğlusan, amma öz köpəkoğlumuzsan” deməyib, “abırına kor ol” deyənlərin tapılacağını düşünürdük. Bilirik, dava hansı yorğanın davasıdır.

Sadəcə həyasızlığın, ikiüzlülüyün, diplomatik siyasi korluğun sonda hara qədər dartılıb uzanacağını müşahidə etmək üçün səbrimizi qısdıq. Gözləntimiz özünü doğrultdu. Adına “ikili standart” deyirlər. Mən ikiüzlülük, siyasi həyasızlıq adlandırıram, bir az diplomatik dildə «demokratiya», «insan haqları», “söz azadlığının pozulması”, “ifadə azadlığının olmaması” və s. kimi dəyərlərlə edilən spekulyasiya adlandırılır.


Bu yazıda Qərbin gülməşəkər balası Ermənistandakı siyasi situasiyadan, aclıqdan, səfalətdən yazmayacağıq. Yetərincə deyilib və yazılıb. Bu gün Azərbaycanı insan haqlarını pozmaqda, mətbuata təzyiq etməkdə, siyasi məhbusların mövcudluğunda qınayanlara sadəcə “xatırlatma” olacaq. Kim necə istəyir, elə də qəbul etsin.

Bu yazı 3 blokdan ibarətdir. Birinci yazı Ermənistanda son 3-4 ildə mətbuata təzyiqlər haqda olacaq, digər blok polis özbaşınalığı və məhkəmə ədalətsizliklərinə həsr olunacaq və nahəyət, üçüncü blokda Ermənistan müxalifətinə təzyiqlər, özbaşınalıq, siyasi məhbuslar haqda danışılacaq.

Əvvəlcə, niyə məhz Azərbaycan sualına aydınlıq gətirək. Uzun-uzadı şərhə ehtiyac yoxdur: Burada insan haqlarının müdafiəsi məsələsini əsas götürənlər varsa, məqalənin davamını oxumaya bilərlər. Ölkəmizi kənardan idarə etmənin mümkün olmadığı, dövlətimizin diqtə ilə danışığa əhəmiyyət vermədiyi, özünün müstəqil iradəsini ortaya qoyduğu bir şəraitdə Azərbayacana yönələn təzyiqlər mənasızdır.

Hansısa bir problemə münasibətdə güclü dövlətlər, özünə sərfəlilik məqamından asılı olaraq, gah «demokratiya», gah «insan haqları» (yaxud «azlıqların hüququnu dəstəkləmək»), gah «daxili işlərinə qarışmamaq» və s. prinsiplərindən hansısa birini əsas götürərək (və ya müdafiə edərək) özlərini və ya öz müttəfiqlərini daim haqlı çıxarır, bəraət qazandırır, hansısa münasibətdə, müzakirədə və s. özlərinə sərf edən qərarlar qəbul olunmasına nail olur, əks metodlarla isə – rəqiblərini və ya hər hansısa formada təzyiqə layiq bilinmiş tərəfləri nahaq çıxarıb, sanksiyaya məruz qoyur, dəmir qanunlar çərçivəsində itaətə məcbur edirlər. Hansı ki, məzmunu, dövlətin hüquqlarını tanıyıb, ona hörmət etməkdən ibarət olan «daxili işlərinə qarışmamaq» prinsipi – daxili işlərə müdaxiləyə yol açan «insan hüquqları» prinsipi ilə; mahiyyəti çoxluğun azlıq üzərindəki qeyd-şərtsiz diktaturasının tanınmasından ibarət olan «demokratiya» prinsipi – çoxluğun qərarından istisna tələb edən, ona «veto» məzmunu kəsb edən «azlığın hüququnun müdafiəsi» prinsipi ilə; «ərazi bütövlüyünə hörmət» (və ya «sərhədlərin toxunulmamazlığı») prinsipi – «xalqların öz müqəddəratını həll etməsi» prinsipi ilə və s. heç vəchlə uzlaşa bilən məsələlər deyil.

Məhz həmin bu ikili standartların nəticəsidir ki, bəzi dövlətlər ayaq üstə durmağı bacaran dövlətdə seçki zamanı baş verən hansısa bir pozuntunu görərsə beynəlxalq səviyyədə hay-küy qaldırıb, onu sanksiyalara məruz qoyduğu halda, digər tərəfdə Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya və bu kimi, ümumiyyətlə, heç bir seçki sistemi olmayan dövlətlərlə dostcasına hırıldaşa bilərlər. Yaxud eyni bir ölkənin bu başında kiməsə vurulan bir silləyə görə həmin dövləti «insan haqlarını kobud pozmaqda» ittiham edib, az qala ona müharibə elan edəcəyi halda, həmin dövlətin bir başqa başında – öz müttəfiqi olan bir başqa dövlətin qılıncından güclə can qurtararaq meşələrə, çöllərə səpələnən milyonlarla insanın haqqına göz yumur və s.

Bax, bu yanaşmadır ki, Qafqazı barıt çəlləyinə çevirən bir ölkə 22 ildən çoxdur ki, qonşu ölkənin ərazisini işğalda saxlayır və həyasızcasına işğal etdiyi ölkəni insan haqlarını qorumamaqda suçlayır. Bu ədalət etalonu, haqq təcəssümü hesab edilən Qərbin ədaləti və ya ədalətə istinad edən qanunları olsaydı, terrorçu, işğalçı, avtoritarizm, “diktatura” (Liviya, Misir, Tunis) hesab etdiyi ölkələrə keçdiyi “dərs”in bir 15 dəqiqəsini də erməni faşizmi və aqressiyasına ayırsaydı, nəinki Azərbaycanın, ümumiyyətlə regionun problem olmazdı.

Bəli, bu araşdırmalar onu təsdiq etdi ki, Ermənistanda müxalifətin zəiflədilməsi, mətbuatın sıradan çıxarılması, korrupsiyanın tüğyan etməsi, hər il ölkəni tərk edənlərin sayının artmasını doğuran səbəb var. Bu faktlar onu göstərir ki, qara günə qalmış ölkəni Sarqsyan diktaturası idarə edir və sonuncu erməni ölkəni tərk edənə qədər onların anasını ağladacaq. Ermənistanda müxalif qüvvələrə qarşı basqılar, fiziki təzyiqlər də bunun tərkib hissəsidir.
Erməni mətbuatını az-çox izləyənlər bilirlər ki, son zamanlar Ermənistanda müxalifətçilərə və ictimai fəallara qarşı əməlli-başlı “ov” başlayıb. Ermənistanın hüquq-mühafizə orqanları, məhkəmə sistemi isə Sarqsyan nə deyir, ona “ləbbeyk” deyirlər.

Beləliklə, başlayaq faktlardan.

Mətbuat azadlığı ? Ermənistanda? Belə çox gülməlisiniz...

Fakt 1. “Bu gün Ermənistanda söz azadlığı yoxdur”- bu fikir “Jurnalistlər insan haqları uğrunda” təşkilatının sədri Janna Aleksanyana aiddir. (May 2,2014). Aleksanyan hesab edir ki, hakimiyyət mətbuatın azad fəaliyyət göstərməsi üçün heç nə etmir, əslində bu onlara lazım deyil. Hakimiyyətin məqsədi müstəqil mətbuatın mövcud olmamasıdır.

Fakt 2. 20 dekabr 2013-cü ildə İrəvanda Parlament qarşısında toplaşan jurnalistlərə polis işlərini görməyə imkan verməyib. Onlar polis kordonu yaradaraq hərəkətə maneçilik törədiblər. Bu qadağanın məqsədini izah etməyiblər.



Fakt 3. Jurnalistlərə təzyiqlər artıb (Dekabr 19,2013, mənbə A1+)
“Media mərkəzdə” “Ermənistanda insan haqlarının vəziyyəti: ilin yekunları” mövzusunda keçirilən müzakirələrdə belə deyilib.

“Əminəm ki, Ermənistanda insan haqlarının vəziyyəti ildən-ilə pisləşir. Bu sözləri Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan deyib. Məhkəmələr icra hakimiyyətlərinin göstərişlərini yerinə yetirirlər. Biz məhkəmədən ədalət gözləyə bilmərik, çünki məhkəmə deyilən şey yoxdur. Belə şəraitdə insan haqlarından danışmaq olmaz”. Söz azadlığı müdafiəsi komitəsinin sədri Aşot Məlikyan ötən illə bağlı faktları açıqlayıb və mətbuatın vəziyyətinin bir az da ağırlaşdığını deyib: 2013-cü ilin 9 ayında jurnalistlərə 7 dəfə hücum, 49 dəfə təqib halı qeydə alınıb.

Fakt 4. Jurnalist Parlamentin vitse spikeri Ermine Naqdalyana qarşı (iyun 26,2014)

Parlamentin Etika Komissyası jurnalistin vitse-spikerə qarşı ərizəsinə baxmalı idi. Belə ki, jurnalist Arevik İsacanyan vitse- spikerə onun sahibkarlıq fəaliyyəti ilə bağlı sual vermək istəyib. Əvəzində, vitse- spiker jurnalisti qovmuş və “savadsız” adlandırmışdı”. Komisiyanın cavabı isə qənaətbəxş olmamışdı.

Fakt 5. Deputat Petrosyan jurnalistləri təhqir edib. (May 19,2014)

“Siz hamınız mənəviyyatsızsınız”- bu sözü deputat Şuşan Petrosyan “Azadlıq” Radiosunun “Vernisaj yaxınlığında” baş verən insidentlə bağlı sualına cavab olaraq deyib.
Bundan sonra “Çorrord İşxanatyun” qəzetinin əməkdaşı deputata yaxınlaşaraq “niyə jurnalistləri təhqir etdiyini soruşmaq istəmiş” əvəzində isə “rədd ol, burdan” cavabı almışdı.

Fakt 6. Deputat jurnalistə: “rədd ol burdan, çənəni sındıraram”-deyib (Dekabr 19, 2012)



«А1+» kanalnın müxbiri deputat Mqre Sedrakyana yaxınlaşaraq sual vermək istədikdə, deputat onu fiziki zorakılıqla hədələyərək “rədd ol burdan, çənəni sındıraram”-demişdi.
Jurnalistin şikayətinə məhəl qoyan olmamışdı.

Fakt 7. 2012-ci ildə 16 dəfə jurnalist haqları pozulub

Bu haqda məlumatı “Azad sözün müdafiə komitəsi”nin rəhbəri Aşot Məlikyan deyib. Onun sözlərinə görə, təkcə 9 və 23 sentyabr 2012-ci ildə 5 hüquq pozuntusu qeydə alınıb ki, onlardan biri jurnalistin informasiya almaq və yaymaq hüququnu əlindən alıb.

Fakt 8. 2012-ci ilin 9 ayı ərzində mətbuata qarşı 9 iddia qaldırılıb.

Fakt 9. Elə həmin dövrdə mətbuat nümayəndəsinə qarşı fiziki zorakılıq edilib.

“Tsayq” teleşirkətinin operatoru yerli özünüidarə orqanlarına seçki günü amansızlıqla döyülüb.

Fakt 10. “Azadlıq” Radiosunun müxbirinə qarşı fiziki zorakılıq törətmiş şəxsə qarşı açılmış cinayət işi yarımçıq saxlanılıb.

Beləliklə, 2012-ci il ərzində erməni jurnalistlərindən biri döyülüb, 10-jurnalistə qarşı cərimə qərarı çıxarılıb, 6 jurnalistin isə məlumat almaq və yaymaq hüququ əlindən alınıb.

Fakt 11. Polis jurnalistə qarşı törədilmiş cinayəti seyr edib (dekabr 3,2012)



Azadlıq radiosunun müxbiri İrina Ovannisyan seçkiqabağı təbliğat dövründə çəkiliş apararkən polis tərəfindən saxlanılıb və bu zaman naməlum küçə uşaqları jurnalistə hücum edərək ona fiziki zor tətbiq ediblər. Araşdırma nəticəsiz qalıb. Bu haqda məlumatı deputatlığa namizəd Styopa Safaryan öz facebook səhifəsində yazıb.

Fakt 12. Prezident Administrasiyası jurnalistlərə qadağa qoyub.

Bu haqda bəynatı “Asparez” Jurnalist klubu yayıb.

“Sarqsyanın Gümrüyə səfəri zamanı yerli KİV nümayəndələrinə prezidentdən müsahibə almaq qadağan edilib. Embarqo qoyulanlar arasında “Gümrü Asparez”, www.asparez.am saytı, “Xinqşabti” (Cümə axşamı), “Tsayq” teleşirkəti, “Azadlıq radiosu”və “Arovat” qəzetləri olub.

“Asparez” jurnalistlərə qarşı bu cür hörmətsizliyi pisləyib və azad sözü üçün biabırçı hal, mətbuat nümayəndələrinə qarşı diskriminasiya adlandırıb.

Fakt 13. Jurnalist döyülüb

“Regnum” Agentliyinin İrəvan ofisinin redaktoru Robert Qrdzelyan, Kotayk Vilayət prokuroru Movses Manrikyan və daha 3 nəfər tərəfindən döyülüb. İstintaq aparılsa da heç bir inzibati tədbir görülməyib.

Ardı BURADA

Sənan Nəcəfov
AzVision.az üçün





Teqlər:  





Xəbər lenti