Eskişehirdə Heydər Əliyev mərkəzi yaradılıb
AzVision.az cihan agentliyinə istinadla xəbər verir ki, Anadolu Universiteti ilə Azərbaycanın Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan Mərkəzdə, ümummilli liderin həyatı, fikirləri, əsərləri və şəxsiyyəti haqqında geniş məlumatlar olan kitablar, yazılar, fotoşəkillər və elektron kitablar təqdim olunub.
Mərkəzin açılışını türkiyəli millət vəkili Aydın Tetikoğlu və Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili prof. Əhliman Əmiraslanov edib.
Açılışda çıxış edən rektor Əhliman Əmiraslanov, bunun iki qardaş ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacağını deyib:
“Azərbaycanın uğurları Türkiyədə də gözəl təmsil olunmalıdır. Həmçinin, Türkiyənin Anadolu Universitetinin uğurları da bizim ölkədə diqqətəlayiq olmalıdır. İnanıram ki, belə bir mərkəzin açılması universitetlər arasındakı əlaqələri daha da inkişaf etdirəcək. Əlaqələrimizin coğrafiyası genişlənəcək və münasibətlər yüksək inkiaşf səviyyəsinə çatacaq. Bu mərkəzin çox böyük məqsədi var, çox böyük əhəmiyyəti var. Ölkəmiz adına buna çox böyük əhəmiyyət veririk və son dərəcə yüksək qiymətləndiririk".
AzVision.az