TQDK-dan abituriyentlərə növbəti xidmət

TQDK-dan abituriyentlərə növbəti xidmət
  08 May 2013    Oxunub:1213
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Elektron hökumət” portalı vasitəsilə növbəti yeni xidmətini təqdim etdi
AzVision.az-ın məlumatına görə, “Namizədlərə,sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” adlanan bu xidmət vasitəsilə abituriyentlər sınaq imtahanlarının nəticələri haqqında ətraflı məlumat əldə edə bilərlər. Bu məlumatlar içərisində imtahan verən abituriyentin iş nömrəsi, testimtahanının dili, tarixi, ixtisas qrupu, seçdiyi xarici dil, variant, imtahanınkeçirildiyi yer, həmçinin ayrı-ayrı fənlər üzrə düzgün və səhv cavabların sayı,toplanılan nisbi bal və ümumi bal haqqında məlumatlar mövcuddur. Abituriyentlərin həmin nəticələri PDF faylında çap etmək imkanları da vardır. Gələcəkdə TQDK tərəfindən təkcə sınaq imtahanlarının deyil, eyni zamanda ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı məlumatların da təqdim edilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə Azercell, Bakcell və Nar Mobile abunəçiləri sınaqimtahanının nəticələrini SMS vəsitəsilə də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini SMS-lə 7727-yə göndərmək kifayətdir!


Teqlər:





Xəbər lenti