Elnur məşhur seriala çəkiləcək

Elnur məşhur seriala çəkiləcək
  09 Dekabr 2014    Oxunub:2186
Türkiyənin məhşur mahnı müsabiqəsi “O səs Türkiye”də jürini heyrətləndirən azərbaycanlı müğənni Elnur Hüseynov qardaş ölkədə özünü aktyor kimi də sınayacaq.
AzVision.az xəbər verir ki, ifaçı bu haqda “Bakupost.az”-a danışıb.

Elnur bildirib ki, 2013-cü ildən Türkiyənin "Star TV" telekanalında yayımlanan və çox məşhur olan “Medcezir” serialından gələn təklifi artıq qəbul edib:

“Yaxın günlərdə serialın çəkilişlərinə başlayacağam. İlk xəbəri sizə dedim. Təəssüf ki, daha ətraflı məlumat verə bilməyəcəyəm. Onu da deyim ki, qardaş ölkədə bir sıra layihələr həyata keçirmək, nəinki Türkiyədə, Avropada tanınmaq istəyirəm”.




Teqlər:  





Xəbər lenti