Atəşkəs 4 istiqamətdə pozulub

Atəşkəs 4 istiqamətdə pozulub
  08 May 2013    Oxunub:1163
Erməni silahlı bölmələri Ağdam, Goranboy, Füzuli və Xocavənd rayonu istiiqamətində atəşkəsi pozublar.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, Ağdam rayonunun Kəngərli, Şıxlar və Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti