Sərnişin qatarı ilə yük maşını toqquşdu, 6 yaralı - YENİLƏNİB

Sərnişin qatarı ilə yük maşını toqquşdu, 6 yaralı - YENİLƏNİB
  08 May 2013    Oxunub:1295
Baki - Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarı ilə yük maşını toqquşub
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dünən gecə saat 23-30 radələrində Baki - Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarı Kürdəxanı qəsəbəsinin ərazisindəki qorunmayan keçiddə "Şaq man" markalı yük maşını ilə toqquşub. Nəticədə 3 nəfər (mürücüsü, maşinist və maşinist köməkçisi) xəsarət alıb.

Fakt üzrə Nəqliyyatda Baş polis İdarəsinin Sabunçu xətt polis şöbəsi tərəfındən araşdırma aparılır.

___
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına hadisə barədə məlumat saat 23:55-də daxil olub. Stansiyadan bildiribər ki, qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Onlardan 2 nəfəri - yük avtomobilinin sürücüsü və qatarın bir işçisi Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Qatarın digər 4 işçisinə isə elə hadisə yerindəcə ambulator tibbi yardım göstərilərək evə buraxılıblar.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda yük avtomobilinin sürücüsünün vəziyyəti ağırdır. O, kəllə-beyin travması alıb. Qatarın işçisinin isə vəziyyəti orta ağır kimi dəyərləndirilir.



Teqlər:  





Xəbər lenti