“Agent 007” qayıdır - kimlər çəkiləcək

“Agent 007” qayıdır - kimlər çəkiləcək
  04 Dekabr 2014    Oxunub:2059
Məşhur Britaniyalı agent Ceyms Bond haqqında yeni film çəkiləcək.
Azvision.az-ın məlumatına görə, sayca 24-cü olacaq filmdə 29 oktyabr 2015-ci ildə tamaşaçıların ixtiyarına veriləcək.

“007: Spektr” adlanan filmin rejissoru Sem Mendes olacaq. Filmdə agent Bond rolunu son iki filimdə olduğu kimi olduğu kimi Deniel Kreyq canlandıracaq. Bundan əlavə filmdə Rori Kinnir, Ben Uişou, Reyf Fayns, Endryu Skott, Deyv Batista, Lea Seydu, Monika Belluçi və Kristof Valsda çəkiləcək.

Qeyd edək ki, Bond haqqında sonuncu film “007: koordinantları “Skyfall” iki il əvvəl çıxıb və 1Ş1 milyard dollar yığaraq franşizanın ən gəlirli filmi olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti