Deputat Gənclər evlərindən danışdı
“Biz arzu edirik ki, gənclərimiz öz vaxtlarını peşəkar şəkildə bölməyə diqqətlə fikir versinlər. Əlbəttdəki hər bir gəncin inkişafı üçün önəmli məsələ təhsildir. İkinci isə idman və insanın sağlamlığı ilə bağlı olan digər məsələlərdir. Amma eyni zamanda bilirik ki, gənclərimizin bir qismi gənclər təşkilatlarının fəaliyyətlərində iştirak etməyi və ictimai fəaliyyətə gəlməyi arzu edirlər. Məhz gənclər evləri ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclər üçün gözəl imkandır”.
C.Osmanlının sözlərinə görə, həmin mərkəzlərdə pulsuz konfrans zalları fəaliyyət göstərir.
“Həmin yerlərdə internetdən pulsuz istifadə mümkündür. Eyni zamanda dərnəklərdə, ayrı-ayrı işçi qruplarında müzakirələrin aparılması üçün imkanlar və kitabxanalar mövcuddur. Çalışırıq ki, bu mərkəzlərin qapısı hər zaman gənclər üçün açıq olsun”-deyə deputat vurğulayıb.
Anar