Canlı yayımda türkləri təhqir etdi

Canlı yayımda türkləri təhqir etdi
  16 Fevral 2013    Oxunub:2456
Alman keşiş canlı yayımda türklərin ünvanına xoşagəlməz fikirlər səsləndirib.
Almaniyanın dövlət kanalı ARD-də Sandra Maisşberqin təqdim etdiyi “Talkshow” proqramında yeni bir qalmaqal yaşanıb. Tez-tez televiziya ekranlarından verdiyi vəzləri ilə tanınan alman keşiş Jürgen Flieq bu dəfə türkləri hədəf alıb.
Maisşberqin alman valideynlərin niyə məhz katolik məktəblərinə üstünlük verməsi ilə bağlı sualını cavablandıran Flieq, “Çünki katolik məktəblərində türk yoxdur, ona görə də alman valideynləri bu məktəbləri seçir və övladlarını da buraya göndərirlər” deyib.
Təxminən 2 milyon insanın izlədiyi proqramda alman keşişin bu fikri dəfələrlə təkrarlamasından sonra aparıcı müdaxilə etməli olub və mövzunu dəyişib.
“Focus Online” xəbər saytı isə proqramda söylənənləri tənqid edib, xristianlığın köklərinin Türkiyəyə gedib çıxdığını qeyde dib. Sayt xristianlığın ilk illərində Türkiyədə yaşanan hadisələrdən və xristianlıq üçün önəmli şəxsiyyətlərdən örnək verərək, Flieqə Türkiyənin önəmini xatırladıb.



Teqlər:  





Xəbər lenti