İlham Mirzəyevin səhhəti pisləşib

İlham Mirzəyevin səhhəti pisləşib
  14 Noyabr 2014    Oxunub:2995
Tanınmış teleaparıcı İlham Mirzəyevin səhhəti yenidən pisləşib.
Bu barədə AzVision.Az-a İ.Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib.

O, bildirib ki, teleaparacı artıq bir aydan artıqdır ki, xəstəxanada müalicə olunur:

“İlham Mirzəyev baş və bel ağrılarından əziyyət çəkir. Ona görə də artıq bir aydan artıqdır ki, Bakı istintaq təcridxanasının tibb məntəqəsində müalicə olunur. Onun səhhəti yaxşı deyil. Ağrıları var”.

Qeyd edək ki, İlham Mirzəyev Nərimanov rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsindirilib.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti