Bakıda yol qəzası, ölən var

Bakıda yol qəzası, ölən var
  14 Noyabr 2014    Oxunub:1476
Ötən gün axşam saatlarında Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
AVision.az anspress-ə istinadən xəbər verir ki, hadisə zamanı 90 LB 189 dövlət nömrə nişanlı "Jiquli" markalı avtomobil 10 ZP 274 dövlət nömrə nişanlı "İsuzu" markalı avtomaşınla toqquşub. Qəza zamanı "Jiquli"də olan 1 nəfər sürücü dünyasını dəyişib.

Avtomobil yararsız hala düşüb. Digər maşında isə yüngül əzilmə qeydə alınıb. Hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb olunub. Yol qəzası zamanı yol polis işçiləri hadisə yerində çəkiliş aparan jurnalistin vəzifə borcunu yerinə yetirməyə mane olublar.

Buna baxmayaraq, hadisəni işıqlandırmaq mümkün olub. Əraziyə çoxlu sayda insan kütləsi toplanıb.

Adıçəkilən ərazi üzrə avtomagistralda qısamüddətli sıxlıq yaranıb.

Faktla bağlı istintaq başlayıb.


Teqlər:  





Xəbər lenti