Bakıda məşhur `avtoş` həbs edildi - VİDEO

Bakıda məşhur `avtoş` həbs edildi - VİDEO
  12 Noyabr 2014    Oxunub:5922
Bakıda şadlıq evinin qarşısında “avtoş”luq edən şəxslər polis tərəfindən salanılıb.

DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bir neçə gün öncə elektron KİV-də və sosial şəbəkələrdə Yasamal rayonundakı "Ağçiçəyim" şadlıq sarayının ətrafında naməlum sürücünün "VAZ-2107" markallı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntülər nümayiş etdirilib.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus "VAZ-2107" markaklı avtomobillə edib. Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib. Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.




Teqlər:  





Xəbər lenti