FHN 2 azyaşlını xilas etdi

FHN 2 azyaşlını xilas etdi
  08 Noyabr 2014    Oxunub:1388
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Digər bir hadisə isə Sumqayıt şəhərində baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:55-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti