`Seriallarımız nə gündədir?` - Əməkdar artistdən sərt sözlər

`Seriallarımız nə gündədir?` - Əməkdar artistdən sərt sözlər
  08 Noyabr 2014    Oxunub:6094
Əməkdar artist Mehriban Xanlarova seriallardan şikayət edib.
AzVision.az xəbər verir ki, “Space” telekanalında yayımlanan ”Hələ bu harasıdır” verilişinin qonağı olan əməkdar artist Mehriban Xanlarova rejissorları qeyri-peşəkarlıqda ittiham edib.

O bildirib ki, rejisorlar seriallara peşəkarları yox öz qohum-əqrabasını çəkir:

“Bu gün bizim seriallarımız nə gündədir? Bunu həmişə demişəm, deyəcəm də. Prezident İlham Əliyev pul ayırıb ki, gözəl seriallar çəkilsin. Aktyorlar ac qalmasın. Durub teatrlarda problem axtarılır. Orada ömür boyu münaqişə olub, olacaq da. Hamı istəyir ki, sənətində, sözündə, əqidəsində yüksək olan sənətkarla eyni səhnədə çıxış etsin. Bu gün rejissorlar serialda əmisi, xalası, dayısı qızını oynadır. Gənclər də sənətkarlarla çəkilmək, nəsə öyrənmək istəyir. Mən 18 yaşımda sənətkarlarla oynamışam. Bu günə gəlmişəm. Bu gənclər kimdən, nə öyrənəcək?”.

AzVision.az


Teqlər:  





Xəbər lenti