Zeynəb Xanlarova Nyu-Yorkda konsert verəcək

Zeynəb Xanlarova Nyu-Yorkda konsert verəcək
  06 Noyabr 2014    Oxunub:1905
Zeynəb Xanlarova Amerikada konsert verməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, Nyu-Yorkda baş tutacaq konsertin 2015-ci ilin aprelində keçirilməsi planlaşdırılır. Ondan isə mart ayında müğənni Toronto və San-Fransisko şəhərlərində konsert proqramı ilə çıxış edəcək.

50 ildən çoxdur ki, səhnədə olan müğənni bu günə qədər bir çox Avropa ölkəsi ilə yanaşı Əfqanıstan, Əlcəzayir və Yəməndə konsert verib.

Qeyd edək ki, Zeynəb Xanlarova 2012-ci ildə də Nyu-Yorkda konsert vermişdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti